Pelenin forması hərraca çıxarılacaq

3 İyun 2026 06:16
83
Pelenin forması hərraca çıxarılacaq

Əfsanəvi braziliyalı futbolçu Pelenin 1958-ci il dünya çempionatının finalında geyindiyi forma 6 milyon dollara hərraca çıxarılacaq.

İdman.Biz bu barədə “The Athletic”ə istinadən bildirir.

Həmin turnirin finalında Braziliya İsveçi 5:2 hesabı ilə məğlub edərək ilk dəfə dünya çempionu olub. Pelenin o vaxt 17 yaşı var idi.

Hərracın 29 iyunda başlaması və 16 iyula qədər davam etməsi planlaşdırılır. Hazırda ən bahalı futbol forması Argentina futbol əfsanəsi Dieqo Maradonaya məxsusdur. 2022-ci ildə hərracda 9,28 milyon dollara satılıb. Argentinalı bu formanı komandasının 1986-cı il dünya çempionatında qalib gəldiyi zaman geyinib.

İdman.Biz