“Sabah”ın futbolçusu: “Səbirsizliklə matçı gözləyirik”

20 İyul 2026 17:56
348
“Sabah”ın futbolçusu: “Səbirsizliklə matçı gözləyirik”

“Sabah”ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “KuPS”a (Finlandiya) qarşı keçirəcəkləri ilk oyun barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, hücumçu bunu matçdan əvvəl Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Mikels rəqibin güclü komanda olduğunu bildirib və qələbəyə inandığını vurğulayıb:

“KuPS” güclü komandadır. Maraqlı qarşılaşma olacaq. Səbirsizliklə matçı gözləyirik. Bir həftədir ki, rəqibi təhlil etmişik. Ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. Qalib gələcəyimizə inanıram”.

Futbolçu meydandakı mövqeyi ilə bağlı da danışıb:

“Məşqçi hansı mövqedə oynatsa, hazıram. Özümü hücumçu kimi rahat hiss edirəm. Sanki bu mövqedə komandama daha çox kömək edirəm. Rəqabəti hiss edirəm. Bu, olmalıdır. Hücumçu kimi öz işimi görməliyəm. Daha çox qollar vurmalıyam ki, məşqçi məni seçsin”.

Qeyd edək ki, “Sabah” - “KuPS” görüşü iyulun 21-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

İdman.Biz