“Sabah” futbol klubunun baş məşqçisi: “Azarkeşlərimiz üçün qələbə qazanmalıyıq”

20 İyul 2026 17:43
339
“Sabah” futbol klubunun baş məşqçisi: “Azarkeşlərimiz üçün qələbə qazanmalıyıq”

“Sabah” futbol klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “KuPS”a (Finlandiya) qarşı keçirəcəkləri ilk oyun barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis bunu matçdan əvvəl Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Dambrauskas qarşılaşmaya yüksək motivasiya ilə hazırlaşdıqlarını bildirib:

“Ümid edirəm ki, rəqibimiz qonaqpərvərliyimizi hiss edəcək. Bizim ümidlərimiz böyükdür. Sabahkı oyuna ən yaxşı şəkildə köklənməliyik. Azarkeşlərimiz üçün qələbə qazanmalıyıq. Buna görə əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Sabah” “KuPS” görüşü iyulun 21-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

İdman.Biz
Məqalədə: