“KuPS”un baş məşqçisi: “Favorit Azərbaycan təmsilçisidir”

20 İyul 2026 17:29
325
“KuPS”un baş məşqçisi: “Favorit Azərbaycan təmsilçisidir”

“KuPS” futbol klubunun (Finlandiya) baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis bunu matçdan əvvəl Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Nuutinen qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

“Bakıda olduğumuza görə şadıq. Bizi çətin qarşılaşma gözləyir. “Sabah”ın ilk təsnifat mərhələsindəki matçlarını izləmişik. Rəqib komanda topla yaxşı rəftar edir. Onları təhlil etməyə çalışdıq. Hər şey meydanda bəlli olacaq”.

Baş məşqçi cütün favoriti kimi Azərbaycan təmsilçisini göstərib:

“Lakin real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dır. Diqqətimizi bu matça yönəltmişik”.

Qeyd edək ki, “Sabah” - “KuPS” görüşü iyulun 21-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

İdman.Biz