“KuPS”un qapıçısı: “Sabah”a qarşı meydanda layiqli mübarizə aparmaq istəyirik”

20 İyul 2026 17:37
334
“KuPS”un qapıçısı: “Sabah”a qarşı meydanda layiqli mübarizə aparmaq istəyirik”

“KuPS” futbol klubunun (Finlandiya) qapıçısı Yohannes Kreydi UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəkləri oyun barədə danışıb.

İdman.Biz xəbər verir ki, qolkiper bunu matçdan əvvəl Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Kreydi sabahkı qarşılaşmada sərfəli nəticə əldə etməyə çalışacaqlarını bildirib:

“Rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Özümüzü qələbəyə ac hesab edirik. Çempionlar Liqası kimi önəmli turnirdə növbəti mərhələyə adlamaq bizim üçün uğur sayılardı. “Sabah” güclü komandadır. Lakin bu rəqibə qarşı meydanda layiqli mübarizə aparmaq istəyirik”.

Qolkiper Bakıda gördüklərindən razı qaldığını da vurğulayıb:

“Ölkənizi çox bəyənirik. Təəssüf ki, çox qalmağa vaxtımız yoxdur. Hotellərdə yaradılan şərait və qonaqpərvərlik müsbət mənada diqqətimizi çəkdi”.

Qeyd edək ki, “Sabah” - “KuPS” oyunu iyulun 21-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

İdman.Biz
Məqalədə: