“Real Madrid” mərkəz müdafiəçisi İbrahima Konateyə 20 milyon avroluq transfer bonusu ödəyəcək.
İdman.Biz bu barədə Sport.es-ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, 27 yaşlı futbolçunun “Real Madrid”dəki maaşı təxminən 12 milyon avro olacaq. Konate “Liverpul”dakı son mövsümündə də oxşar maaş alıb. Fransız futbolçu 2030-cu ilə qədər müqavilə imzalayacaq.
“Liverpul” mayın 31-də Konate ilə tərəfdaşlığının bitdiyini açıqlayıb. Müdafiəçi 2021-ci ilin yayından bəri mersisaydlılarda oynayırdı. Bu müddət ərzində fransız futbolçu bütün yarışlarda 183 oyunda meydana çıxıb, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.
