“Milan”ın və İtaliya millisinin keçmiş müdafiəçisi Alessandro Nesta İtaliya B Seriyasında çıxış edən “Avellino”nun yeni baş məşqçisi olub.
İdman.Biz bu barədə “Corriere dello Sport”a istinadən məlumat verir.
Nesta, komandanı fevral ayında liqada səkkizinci yerə çıxaran Davide Ballardinini əvəz edib. Nestanın sonuncu iş yeri ötən il məşqçilik etdiyi “Montsa”da olub.
“Avellino” rəhbərliyi Nestanın rəhbərliyi altında komandanın yüksəliş uğrunda mübarizə apara biləcəyinə ümid edir. Nestanın müqaviləsinin bu həftə rəsmiləşdiriləcəyi gözlənilir. “Reccana”, “Frozinone”, “Peruca” və “Montsa”nın keçmiş məşqçisi ilə iki illik müqavilə gözlənilir.
Alessandro Nesta 2002-ci ildən 2012-ci ilə qədər “Milan”da oynayıb.
