“Bornmut”un 19 yaşlı hücumçusu Eli Krupi bir neçə Avropa klubunun diqqətini cəlb edib.
İdman.Biz bu barədə jurnalist və insayder Fabrizio Romanoya istinadən bildirir.
Mənbənin məlumatına görə, “Arsenal”, “Mançester Siti” və “Pari Sen-Jermen” oyunçunu fəal şəkildə izləyir. “Bavariya” da aprel ayında oyunçu ilə maraqlandığını bildirib. Potensial namizədlər “albalılar”ın hücumçunun transfer haqqını açıqlamasını gözləyirlər.
Eli Krupi ötən mövsüm “Bornmut”da 35 oyun keçirib və 13 qol vurub. Transfermarkt-a görə, onun bazar dəyəri 40 milyon avrodur. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədərdir.
