“Barselona” “Rasinq”in 19 yaşlı müdafiəçisi ilə maraqlanır

1 İyun 2026 22:03
74
“Barselona” “Rasinq”in 19 yaşlı müdafiəçisi ilə maraqlanır

“Barselona” “Rasinq Santander”in mərkəz müdafiəçisi Xorxe Salinası transfer etməyi düşünür.

İdman.Biz-in “Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, Kataloniya klubu İspaniya Sequnda Divizionundakı uğurlu mövsümündən sonra 19 yaşlı futbolçuya ciddi maraq göstərir.

Ötən mövsüm Salinas 32 oyun keçirib və “Rasinq”in La Liqaya yüksəlməsinə kömək edib.

Mənbənin məlumatına görə, “Barselona”nın skaut şöbəsi oyunçu haqqında müsbət rəy alıb. Lakin son transfer qərarı klubun kadr vəziyyətindən və yay bazarındakı digər amillərdən asılı olacaq.

Xorxe Salinasın “Rasinq”lə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Onun müqaviləsində təxminən 10 milyon avroluq satın alma bəndi var.

İdman.Biz