Sebastyen Pokonyoli “Monako”nun baş məşqçisi vəzifəsini tərk edib

1 İyun 2026 22:34
75
Sebastyen Pokonyoli “Monako”nun baş məşqçisi vəzifəsini tərk edib

Belçikalı məşqçi Sebastyan Pokonyoli “Monako” klubunun baş məşqçisi vəzifəsindən istefa verib.

İdman.Biz bildirir ki, bu barədə Monako klubunun rəsmi saytında məlumat verilib.

Klubun açıqlamasında deyilir: “Klub Sebastyan Pokonyoliyə və komandasına “Monako”ya tam sadiq olduqlarına görə təşəkkür edir və onlara gələcəkdə uğurlar arzulayır”.

Pokognoli 2025-ci ilin oktyabr ayından bəri AS Monakoya rəhbərlik edir. Komanda 2025/2026 mövsümünün sonunda Liqa 1-də 34 oyundan 54 xalla yeddinci yeri tutub. Bu mövsüm AS Monako Konfrans Liqasında mübarizə aparacaq.

Pokonyoli əvvəllər “Yunion”u, Belçika gənclər millisini və digər komandaları çalışdırıb.

İdman.Biz