Xorvatiya Futbol İttifaqı bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatı üçün milli komandanın heyətini rəsmi saytında dərc edib.
İdman.Biz xəbər verir ki, Xorvatiya millisi DÇ-2026-nın qrup mərhələsində L qrupunda mübarizə aparacaq. Onların rəqibləri İngiltərə, Panama və Qana olacaq.
Qapıçılar: Dominik Livakoviç (Dinamo Zaqreb), Dominik Kotarski (Kopenhagen), İvor Pandur (Hall Siti).
Müdafiəçilər: Yoşko Qvardiol (Mançester Siti), Due Çaleta-Çar (Real Sosyedad), Yosip Şutalo (Ayaks), Yosip Stanişiç (Bavariya), Marin Ponqraçic (Fiorentina), Kristian Yakiç (Auqsburq), Martin Erliç (Midtyullan), Luka Vuşkoviç (Tottenhem).
Yarımmüdafiəçilər: Luka Modriç (Milan), Mateo Kovaçiç (Mançester Siti), Mario Paşaliç (Atalanta), Nikola Vlaşiç (Torino), Luka Suçiç (Real Sosyedad), Martin Baturina (Komo), Petar Suçiç (İnter), Nikola Moro (Bolonya), Toni Fruk (Riyeka).
Hücumçular: İvan Perişiç (PSV), Andrey Kramariç (Hoffenhaym), Ante Budimir (Osasuna), Marko Paşaliç (Orlando Siti), Petar Musa (Dallas), İqor Matanoviç (Frayburq).
