Messi dünya çempionatı ərəfəsində yoldaşlıq görüşünü buraxacaq

1 İyun 2026 12:13
92
Messi dünya çempionatı ərəfəsində yoldaşlıq görüşünü buraxacaq

Futbol üzrə Argentina millisinin ulduz hücumçusu Lionel Messi zədə səbəbindən 2026-cı il dünya çempionatı öncəsi Honduras yığmasına qarşı keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Qaston Edul məlumat yayıb.

Bildirilib ki, Messi yüngül zədə səbəbindən iyunun 7-də Hondurasla keçiriləcək qarşılaşmada meydana çıxmayacaq. Lionelun dünya çempionatında Argentina millisinin ilk oyununa qədər tam hazır vəziyyətə gələcəyi gözlənilir.

Qeyd edək ki, Argentina yığması 2026-cı il dünya çempionatının qrup mərhələsində Əlcəzair (17 iyun), Avstriya (22 iyun) və İordaniya (28 iyun) milliləri ilə qarşılaşacaq.

İdman.Biz
Məqalədə: