DÇ-2026-da sərt qaydalar tətbiq ediləcək

1 İyun 2026 15:56
90
DÇ-2026-da sərt qaydalar tətbiq ediləcək

FIFA 2026-cı il dünya çempionatı ərəfəsində oyunda intizamı artırmaq və vaxt itkisini minimuma endirmək məqsədilə bir sıra mühüm qayda dəyişikliklərini təsdiqləyib.

İdman.Biz xəbər verir ki, yeni qaydalara əsasən qapıçıların taktiki məqsədlərlə oyunu dayandırmasına qarşı daha sərt tədbirlər görüləcək. Qapıçının zədə səbəbindən oyunu dayandırdığı hallarda futbolçuların texniki zonaya yaxınlaşaraq məşqçilərdən göstəriş almasına icazə verilməyəcək.

Bundan əlavə, VAR sisteminin səlahiyyətləri genişləndirilib. Artıq standart vəziyyətlərdən əvvəl hücum edən komandanın qayda pozuntusu edib-etmədiyi də videoköməkçi hakim tərəfindən yoxlanıla biləcək.

Yeni qaydalar çərçivəsində oyunun tempini artırmaq üçün aut atışları və qapı zərbələrində geri sayım tətbiq olunacaq, əvəzetmələr isə daha qısa müddətdə həyata keçirilməlidir.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.

İdman.Biz