PSJ oyunçuları Çempionlar Liqasının kubokunu “Rolan Qarros” stadionuna gətiriblər - VİDEO

1 İyun 2026 20:48
62
PSJ oyunçuları Çempionlar Liqasının kubokunu “Rolan Qarros” stadionuna gətiriblər

“Pari Sen-Jermen” futbolçuları “Rolan Qarros” stadionundakı tennis kortuna iki UEFA Çempionlar Liqası kubokunu gətiriblər.

İdman.Biz bildirir ki, bu, Paris komandasının oyunçularının tədbirdən əvvəl UEFA Çempionlar Liqası kubokunu nümayiş etdirdikləri ardıcıl ikinci ildir.

Bu dəfə kubokları tennis kortuna Uorren Zair-Emeri, Bredli Barkola, Usman Dembele və Dezire Due gətiriblər.

Ötən mövsüm Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkaş Arena”da baş tutub. Həlledici matçda Paris komandası “Arsenal”ı 1:1 (penaltilərdə 4:3) hesabı ilə məğlub edib.

2024/25 mövsümündə parislilər finalda “İnter”i 5:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qalibi olublar.

İdman.Biz