PSJ-nin prezidenti: “Messinin sözü var idisə, Parisdə deməli idi”

Xəbərlər
10 Yanvar 2024 14:51
233
PSJ-nin prezidenti: “Messinin sözü var idisə, Parisdə deməli idi”

"Bilirəm ki, PSJ-də onun üçün asan olmayıb”.

İdman.biz xəbər verir ki, bunu PSJ-nin prezidenti Naseer Al-Xelaifi Lionel Messi haqqında danışarkən deyib.

Funksioner ulduz futbolçunun PSJ-də keçirdiyi vaxtın onun istədiyi kimi olmadığını deməsinə münasibət bildirib. Qətərli biznesmenin sözlərinə görə, Messiyə hörmət edir, amma klubdan ayrıldıqdan sonra belə qənaətə gəlməsi düz deyil: “Deyəcək bir sözü olsaydı, Parisdə olanda deməli idi. Bu, PSJ-yə hörmətsizlikdir. Messi pis insan deyil, amma kim olursan ol, gedəndən sonra pis danışmamalısan. Bu bizim üslubumuz deyil".

Qeyd edək ki, Messi 2021-23 illərdə PSJ-də oynayıb. O, meydana çıxdığı 58 oyunda 22 qolla yadda qalıb.

İdman.biz

Məqalədə: