“Seltik”də Duranla bağlı narahatlıq aradan qalxdı: Səbəb açıqlandı

17 Sentyabr 2026 11:16
95
“Seltik”də Duranla bağlı narahatlıq aradan qalxdı: Səbəb açıqlandı

Şotlandiyanın “Seltik” futbol komandasının kolumbiyalı hücumçusu Kamilo Duranın komandanın son məşqində görünməməsi zədə ehtimalı ilə bağlı narahatlıq yaradıb.

İdman.Biz xəbər verir ki, baş məşqçi Martin O’Nil məsələ ilə bağlı açıqlama verərək 24 yaşlı futbolçunun səhhətində problem olmadığını bildirib.

Mütəxəssisin sözlərinə görə, Duran viza məsələsini həll etmək üçün Londona yollanıb. Buna səbəb futbolçunun Kolumbiya milli komandasına çağırılmasıdır.

“Bəli, o, oyun üçün hazır olacaq. Viza məsələsinə görə Londona getməli idi. Düşünürəm ki, Kolumbiya millisinə çağırılıb və sənədləri vaxtında həll etmək üçün bunu məhz həmin səhər etməli idi”, - deyə O’Nil bildirib.

Bildirilib ki, Duranın Avropa Liqasında “Ferentsvaroş”la qarşılaşmada iştirakına maneə yoxdur.

Qeyd edək ki, Kamilo Duran yay transfer pəncərəsində “Qarabağ”dan “Seltik”ə keçib. Kolumbiyalı hücumçu Şotlandiya klubundakı ilk 10 oyununda altı qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz