“Çelsi”də dövr başa çatdı: Bouli klubdan tamamilə ayrıldı

17 Sentyabr 2026 10:09
105
“Çelsi”də dövr başa çatdı: Bouli klubdan tamamilə ayrıldı

İngiltərənin “Çelsi” futbol komandasında sahiblik strukturu dəyişib.

İdman.Biz xəbər verir ki, Todd Bouli və Mark Volter kluba məxsus ümumi təxminən 25 faizlik paylarını “Clearlake Capital”a satıblar. Müqavilənin dəyərinin təxminən 950 milyon funt sterlinq olduğu bildirilir.

“Çelsi”nin rəsmi açıqlamasına əsasən, Clearlake hər iki səhmdarın payını aldıqdan sonra klub üzərində tam nəzarəti əldə edib. Hansyorq Viss isə səhmdarlardan biri kimi qalacaq.

Bouli eyni zamanda “Çelsi”nin sədri vəzifəsini də tərk edib. O, 2022-ci ildən klubun rəhbərliyində idi.

“Çelsi” 2022-ci ildə Roman Abramoviçdən Todd Bouli, Clearlake Capital, Mark Volter və Hansyorq Vissin daxil olduğu konsorsium tərəfindən alınmışdı.

İdman.Biz
Məqalədə: