İspaniya La Liqasının 11-ci turunda “Deportivo” doğma meydanda “Osasuna”nı 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesabı qonaqlar açıblar. “Osasuna”nın hücumçusu Ante Budimir 32-ci dəqiqədə fərqlənərək komandasını önə keçirib.
İlk hissə qonaqların minimal üstünlüyü ilə başa çatıb. Fasilədən sonra isə “Deportivo” hesabı bərabərləşdirməyi bacarıb. Mario Soriano 64-cü dəqiqədə fərqlənərək tarazlığı bərpa edib.
Meydan sahibləri bununla kifayətlənməyiblər. Görüşün 87-ci dəqiqəsində Bil Nsonqo rəqib qapısına yol taparaq komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra xallarının sayını 14-ə çardıran “Deportivo” turbir cədvəlində səkkizinci pilləyə yüksəlib. “Osasuna” isə 11 xalla 15-ci pillədə qərarlaşıb.
