Litva Azərbaycanla oyunlar üçün heyətini açıqladı

17 Sentyabr 2026 12:47
94
Litva Azərbaycanla oyunlar üçün heyətini açıqladı

Litva milli komandasının Azərbaycan futbol yığması ilə qarşılaşmalar üçün heyəti müəyyənləşib.

İdman.Biz xəbər verir ki, baş məşqçi Edqaras Yankauskas UEFA Millətlər Liqasının startı üçün 26 futbolçudan ibarət siyahını açıqlayıb. Litva Futbol Federasiyasının məlumatına görə, komanda sentyabr-oktyabr pəncərəsində ümumilikdə dörd oyun keçirəcək.

Heyətdə bir neçə dəyişiklik diqqət çəkir. İtaliyanın “Kremoneze” futbol komandasının əsas heyətində debüt edən Adrian Lickunas ilk dəfə milli komandaya dəvət alıb. Vikintas Slivka, Artur Doljnikov, Faustas Steponaviçyus və Manfredas Ruzgis isə fasilədən sonra yığmaya qayıdıblar. Kipras Kajukolovas, Edvinas Gertmonas və Piyus Şirvis də yenidən siyahıya daxil ediliblər.

Qapıçılar: Djuqas Bartkus (“Əl-Riffa”, Bəhreyn), Edvinas Gertmonas (“Servett”, İsveçrə), Tomas Şvedkauskas (“Kauno Jalgiris”).

Müdafiəçilər: Vilyus Armalas (“MTK Budapeşt”, Macarıstan), Jigimantas Baltrunas (“Suduva”), Dominikas Barauskas (“TransINVEST”), Kipras Kajukolovas (“Astana”, Qazaxıstan), Yustas Lasitskas (“Riyeka”, Xorvatiya), Rokas Lekyatas (“Kauno Jalgiris”), Adrian Lickunas (“Kremoneze”, İtaliya), Piyus Şirvis (“Tselye”, Sloveniya), Artemiyus Tutişkinas (“Tselye”, Sloveniya), Edqaras Utkus (“Əl-Xulud”, Səudiyyə Ərəbistanı).

Yarımmüdafiəçilər: Moteyus Burba (“Kauno Jalgiris”), Artur Doljnikov (“Slovaçko”, Çexiya), Qvidas Qineytis (“Torino”, İtaliya), Eligiyus Yankauskas (“Hapoel Rişon LeZion”, İsrail), Vaydas Maqduşauskas (“Banqa”), Lukas Mixelbrink (“Energi Kottbus”, Almaniya), Vikintas Slivka (“Kauno Jalgiris”), Faustas Steponaviçyus (“Suduva”), Domantas Şluta (“TransINVEST”), Modestas Vorobyovas (“Saxnin”, İsrail).

Hücumçular: Armandas Kuçis (“Tselye”, Sloveniya), Manfredas Ruzgis (“Besa”, Albaniya), İqnas Vençkus (“Banqa”).

Litva sentyabrın 24-də səfərdə Lixtenşteynlə qarşılaşacaq. Sentyabrın 27-də komanda Azərbaycanı qəbul edəcək. Sentyabrın 30-da Andorra ilə yoxlama oyunu keçirəcək Litva oktyabrın 4-də Bakıda Azərbaycan millisinin qonağı olacaq.

İdman.Biz