“İnter”in baş məşqçisi Kristian Kivu A Seriyasında “Roma” ilə keçiriləcək səfər matçında start heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, rumıniyalı mütəxəssis mövsüm ərzində rotasiyadan geniş istifadə etməyi planlaşdırır. Milan təmsilçisinin geniş heyətə malik olması Kivuya futbolçuların oyun yükünü bölüşdürmək imkanı verir.
“Roma” ilə qarşılaşmada Lautaro Martines və Federiko Dimarkonun əsas heyətə qayıdacağı gözlənilir. Müdafiədə Yann Bissekkin də start 11-likdə yer alacağı bildirilir. Onun sürətindən xüsusilə rəqibin hücumlarına qarşı istifadə edilməsi planlaşdırılır.
Yarımmüdafiədə də dəyişiklik nəzərdə tutulub. Kurtis Cons və Petar Suçiç Henrix Mxitaryanın yerinə əsas namizədlərdir. Mənbənin məlumatına görə, Cons bu seçimdə daha şanslı hesab olunur. Sağ cinahda isə Endi Diufla Luis Enrike arasında seçim ediləcək. Braziliyalı futbolçu oynasa, “İnter”in əvvəlki matçla müqayisədə start heyətində ümumilikdə beş dəyişiklik olacaq.
Kivu mövsümün əvvəlindən rotasiyanı sistemli şəkildə tətbiq edir. “Real”la oyundan sonra “Udineze” ilə qarşılaşmada start heyətində beş dəyişiklik edilmişdi. Baş məşqçi bütün turnirlərdə yüksək tempin qorunması üçün futbolçuların qüvvəsini düzgün bölüşdürməyi əsas şərtlərdən biri hesab edir.
