ABŞ-nin “İnter Mayami” futbol komandasının hücumçusu Lionel Messi klub karyerasında daha bir tarixi göstəriciyə imza atıb.
İdman.Biz xəbər verir ki, argentinalı ulduz “Campeones Cup” uğrunda Meksikanın “Kruz Azul” komandası ilə matçda başla fərqlənib. Bu qol Messinin “İnter Mayami”nin heyətində 100-cü qolu olub.
39 yaşlı futbolçu bununla kifayətlənməyib və qarşılaşmada məhsuldar ötürmə də verib. “İnter Mayami” rəqibini 2:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə “Campeones Cup”ı qazanıb.
Messi 24-cü dəqiqədə Luis Suaresin ötürməsindən sonra başla hesabı açıb. Görüşün sonlarında isə onun künc zərbəsindən ötürməsini Kazemiro qola çevirib.
“Campeones Cup” MLS çempionu ilə Meksikanın “Liga MX” qalibinin qarşılaşdığı turnirdir.
