“Yuventus”da qalmaqal - Spalletti futbolçusunu yumruqla hədələdi - VİDEO

6 Noyabr 2026 13:39
57
“Yuventus”da qalmaqal - Spalletti futbolçusunu yumruqla hədələdi - VİDEO

İtaliyanın “Yuventus” futbol komandasının baş məşqçisi Luçano Spalletti UEFA Avropa Liqasında Niderlandın AZ Alkmaar kollektivinə qarşı keçirilən oyunda futbolçusu Xuan Kaballa mübahisə edib.

İdman.Biz “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis 2:1 hesablı qələbə ilə başa çatan qarşılaşmanın son dəqiqələrində kolumbiyalı müdafiəçinin hərəkətlərindən qəzəblənib.

Hadisəyə futbolçunun müdafiədə yol verdiyi mövqe səhvləri səbəb olub. Əvvəlcə Lloyd Kelli təhlükəli zonada topu itirib. AZ Alkmaarın sürətli əks-hücumu zamanı “Yuventus”un müdafiəçiləri Meks Merdinkin cərimə meydançasına daxil olmasının qarşısını ala bilməyiblər. Nəticədə meydan sahibləri hesab arasındakı fərqi minimuma endiriblər.

AZ Alkmaarın sonra Kabalın mövqeyini itirməsi Niderland təmsilçisinə daha bir qol vurmaq imkanı yaradıb. Lakin həmin epizodda qeydə alınan qol ofsayd səbəbindən ləğv edilib.

Ardıcıl səhvlər Spallettini özündən çıxarıb. Baş məşqçi kolumbiyalı futbolçuya yaxınlaşaraq sərt ifadələr işlədib.

“Diqqətli olmasan, sənə yumruq vuracağam!” - deyə Spalletti müdafiəçini hədələyib.

İtaliyalı mütəxəssis futbolçusu ilə üz-üzə dayanaraq narazılığını emosional şəkildə ifadə etsə də, vəziyyət qısa müddətdə sakitləşib. Fiziki qarşıdurma baş verməyib.

Qeyd edək ki, “Yuventus” səfərdə AZ Alkmaarı 2:1 hesabı ilə məğlub edib. Turin təmsilçisinin qollarını Tön Köpmeyners və Randal Kolo Muani vurublar. Bu nəticə ilə İtaliya komandası Avropa Liqasında növbəti üç xalını qazanaraq səkkizdəbir finala birbaşa vəsiqə uğrunda mübarizədə mövqeyini gücləndirib. Komanda 10 xal toplayaraq beşinci pillədə qərarlaşıb.

İdman.Biz