Peres “Neqreyra işi” barədə: “Mən sonadək gedəcəm”

29 May 2026 07:10
653
Peres “Neqreyra işi” barədə: “Mən sonadək gedəcəm”

“Real Madrid”in prezidenti Florentino Peres “Neqreyra işi” ilə bağlı açıqlama verib.

İdman.Biz bildirir ki, “Barselona” və onun rəhbərliyi İspaniya Kral Futbol Federasiyasında (RFEF) çalışmış Texniki Hakimlər Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə rüşvət verməkdə ittiham olunub.

“Mən sonuna qədər gedəcəyəm. Unutduğumu düşünən hər kəs yanılır. Mən sonuna qədər gedəcəyəm.
UEFA prezidenti [Aleksandr Çeferin] məni dəvət etdiyi üçün Çempionlar Liqasının finalında olacağam və seçki kampaniyası bitdikdə, tarixin ən böyük korrupsiya işini nəzərdən keçirə bilməsi üçün üç ildir üzərində işlədiyim dosyeni ona təqdim etmək niyyətindəyəm.

“Real Madrid” mənimlə birlikdə olmasına görə şanslıdır, bundan əmin olun”, - Peres TVE-də deyib.

İdman.Biz