Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəlib

2 İyun 2026 22:43
67
Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəlib

Xorvatiya və Belçika arasında yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun Xorvatiyanın Riyeka şəhərindəki Rujevitsa stadionunda keçirilib. Qonaq komanda 2:0 hesabı ilə qalib gəlib.

Oyunun ilk qolunu belçikalı yarımmüdafiəçi Yuri Tilemans vurub. Yarımmüdafiəçi 38-ci dəqiqədə fərqlənib. 90+6-cı dəqiqədə hücumçu Romelu Lukaku Belçikanın üstünlüyünü ikiqat artırıb.

Komandalar ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-da mübarizə aparacaqlar. Turnir 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.

Xorvatiya milli futbol komandası DÇ-2026 qrup mərhələsinin L qrupunda çıxış edəcək. Onların rəqibləri İngiltərə, Panama və Qana olacaq. Belçika Misir, İran və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alır.

İdman.Biz