“Nyukasl Yunayted” rəsmi saytında mərkəz müdafiəçisi Fabian Şer ilə müqaviləni 2027-ci ilin yayına qədər uzatdıqlarını açıqlayıb.
İdman.Biz bildirir ki, Şer 2018-ci ildən bəri İngiltərə klubundadır.
“Klubda qaldığım üçün çox şadam. Buradakı səkkiz il ərzində çox şeyə nail olduğumu hiss edirəm, amma inanıram ki, hələ çox şey var. Nyukaslı evim adlandırmaqdan qürur duyuram. Bu şəhərdə və bu klubda nə qədər xoşbəxt olduğumu hər kəs bilir, ona görə də daha bir il qaldığım üçün çox şadam. Zədəmə görə ötən mövsüm istədiyim kimi bitmədi, amma indi tam olaraq formamı bərpa etməyə və komandanın gələn mövsüm hədəflərimizə çatmasına kömək etməyə diqqət yetirirəm”, - Şer bildirib.
Bu günə qədər müdafiəçi “sağsağanlar”da bütün yarışlarda 251 oyun keçirib, 22 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, futbolçunun transfer dəyəri 6 milyon avrodur.
