“Atletiko Madrid” “Çelsi”nin müdafiəçisi Mark Kukurelyanı 50 milyon avrodan aşağı qiymətə transfer etməyə çalışır.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat verib.
Mənbənin məlumatına görə, London klubu bu təklifi qəbul etmək istəmir və oyunçu üçün ən azı 70 milyon avro istəyir.
Kukurelyanın “Stemford Bric”ə transferi “Çelsi”yə 65 milyon avrodan çox başa gəlib. London klubuna qoşulduğu gündən bəri ispan müdafiəçi 163 matçda meydana çıxıb, doqquz qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun hazırkı bazar dəyəri 50 milyon avrodur.
