“Fulhem” sosial media səhifəsində Marko Silvanın baş məşqçi vəzifəsindən getdiyini açıqladı.
İdman.Biz bildirir ki, portuqaliyalı məşqçi 2021-ci ilin yayından bəri London klubuna rəhbərlik edirdi.
“Fulhem” ötən mövsüm İngiltərə Premyer Liqasında 52 xal qazanaraq 11-ci yeri tutub.
Silvanın rəhbərliyi altında klub bütün yarışlarda 229 oyun keçirib, 102 qələbə, 83 məğlubiyyət və 42 heç-heçə qeydə alıb. "Fulham"a qoşulmazdan əvvəl 48 yaşlı mütəxəssis “Everton”, “Uotford”, “Hall”, “Olimpiakos” və Portuqaliyanın “Sportinq” və “Eştoril” komandalarını çalışdırıb.
