Eldor Şomurodov başqa kluba keçmək istəyir – mənbə

2 İyun 2026 18:42
58
Eldor Şomurodov başqa kluba keçmək istəyir – mənbə

“İstanbul Başakşehir”in hücumçusu Eldor Şomurodov klubunu dəyişə bilər.

İdman.Biz-in Metaratings onlayn portalına istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı klubları özbək hücumçu ilə maraqlanır.

Şomurodov hazırda Türkiyədə ailəsi ilə birlikdə özünü xoşbəxt hiss edir. Lakin, sərfəli təklif alacağı təqdirdə klubunu dəyişməyə açıqdır. Eldor yeni klubunda təxminən 3 milyon avro qazanmaq istəyir. İstanbul özbək hücumçu üçün 8,5 milyon avro qazanmağı gözləyir.

Ötən mövsüm Şomurodov Türkiyə Superliqasında ən çox qol vuran iki oyunçudan biri olub. O, icarə əsasında İstanbul klubunda oynayıb, lakin Türkiyə klubunun bu yay hücumçunu “Roma”dan tam şəkildə alması gözlənilir.

İdman.Biz