Domeniko Tedesko İtaliya klubuna rəhbərlik edəcək

2 İyun 2026 16:45
73
Domeniko Tedesko İtaliya klubuna rəhbərlik edəcək

Mövsümün sonunda Türkiyənin “Fənərbağça” futbol klubu ilə yollarını ayıran Domeniko Tedeskonun yeni iş yeri bəlli olub.

İdman.Biz xəbər verir ki, İtaliyanın A Seriyası təmsilçisi “Bolonya” 40 yaşlı mütəxəssisin təyinatını rəsmən açıqlayıb.

D.Tedesko ilə 2+1 illik müqavilə imzalanıb.

Alman əsilli italiyalı məşqçi ötən mövsüm “Fənərbağça”nın sükanı arxasında 45 oyunda komandanı meydana çıxarıb. Tedeskonun rəhbərliyi altında İstanbul təmsilçisi 26 qələbə qazanıb, 12 heç-heçə edib və yeddi məğlubiyyət alıb.

Beləliklə, gənc çalışdırıcı karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

İdman.Biz