Azərbaycanlı futbolçu Zamiq Əliyev Litva klubunun maraq dairəsində olub.
İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, müdafiəçi ilə “Jalqris” klubu maraqlanıb.
Qışda tərəflər arasında danışıqlar da baş tutub. Litva klubu Əliyevin çıxış etdiyi “Eqnatiya”ya təklif göndərib.
Ancaq Albaniya təmsilçisi futbolçunu satmaq istəməyib və bu səbəbdən də qarşı tərəfdən 150 min avro təzminat tələb edib.
“Jalqris” isə təzminat məbləğ çox olduğu üçün transferdən vaz keçib.
Xatırladaq ki, Zamiq Əliyev ardıcıl iki ildir “Eqnatiya” forması ilə Albaniya çempionu olub.
