Kanadada DÇ-2026 öncəsi rekord müsadirə - FOTO

2 İyun 2026 15:43
41
Kanadada DÇ-2026 öncəsi rekord müsadirə - FOTO

Kanada polisi futbol üzrə 2026 Dünya Çempionatı ərəfəsində ölkə tarixində ən böyük saxta futbol geyimi partiyasını müsadirə edib.

İdman.Biz xəbər verir ki, hüquq-mühafizə orqanları saxta idman məhsullarının satışı ilə bağlı aparılan araşdırma çərçivəsində iki nəfəri saxlayıb. Söhbət ümumi dəyəri 3,5 milyon ABŞ dollarından çox olan kontrafakt məhsullardan gedir.

Polisin açıqlamasında bildirilir ki, bu, Kanada tarixində qeydə alınmış ən böyük saxta futbol geyimi müsadirəsidir.

Əməliyyat zamanı müxtəlif brendlərə məxsus ümumilikdə 16 min futbol forması, eləcə də iki saxta Dünya Kuboku aşkarlanaraq götürülüb.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

İdman.Biz
Məqalədə: