“Qarabağ”ın yay hazırlıq planı bəlli olub

2 İyun 2026 15:55
79
“Qarabağ”ın yay hazırlıq planı bəlli olub

Geridə qalan mövsümdə Azərbaycan Premyer Liqasında ikinci yeri tutan “Qarabağ”ın yay hazırlıq planı bəlli olub.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, komanda təlim-məşq toplanışına iyunun 10-da Bakıda start verəcək.

İlk mərhələ iyunun 21-dək davam edəcək. “Köhlən atlar” iyunun 22-dən iyulun 2-dək isə Avstriyada toplanış keçəcək. Ölkə xaricindəki hazırlıq çərçivəsində azı üç yoxlama görüşü nəzərdə tutulub.

Qeyd edək ki, “Qarabağ” yeni mövsümdə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək. Komanda mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq.

İdman.Biz
Məqalədə: