“Növbəti mövsüm üçün hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirmək və yaxşı kollektiv formalaşdırmaqdır”.
Bu sözləri “Şamaxı” komandasının yeni baş məşqçisi Azər Bağırov deyib.
O, təyinatınadək 14 futbolçunun tərk etdiyi komandada bundan sonra da dəyişikliklərin olacağını bildirib.
“Heyətə yeni futbolçular cəlb edəcəyik. Onların arasında gənc və perspektivli yerli oyunçular da olacaq. Düşünürəm ki, “Şamaxı”da ötən illərdəki kimi, yerli futbolçularla legionerlərin tandemini quracağıq. Yəni, həm klubumuza, həm də Azərbaycan futboluna xidmət edəcəyik”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Şamaxı” Azər Bağırovla üç illik müqavilə imzalayıb.
