Toral Bayramov: “Avstriyadakı oyunlar bizə çox fayda verəcək” - MÜSAHİBƏ

2 İyun 2026 16:23
81
Toral Bayramov: “Avstriyadakı oyunlar bizə çox fayda verəcək” - MÜSAHİBƏ

“Komandada motivasiya yüksəkdir”.

Bunu Azərbaycan millisinin üzvü Toral Bayramov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Milli komandanın Bakıdakı toplanışı necə keçdi? Ümumiyyətlə, yığma üçün artıq ciddi bir dönəm başlayır. Bu hazırlıq prosesini necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, Bakıdakı toplanış pis keçmədi. Komandada ümumi ab-hava yüksəkdir, hamı istəklidir. Bu istəyin bizə kömək olacağını düşünürəm. Hazırlaşırıq, inşallah, uğurlu nəticə əldə edərik.

- Avstriyada da 10 günlük toplanış olacaq və iki yoxlama görüşü keçirəcəksiniz. Rəqibləri necə dəyərləndirirsiniz?

- Avstriyadakı oyunların bizə çox xeyri olacaq. Oyunların çox olması yaxşıdır, çünki hamı bir-birini daha yaxşı tanıyır. Rəqiblərimiz də Millətlər Liqasındakı rəqiblərə yaxın səviyyədə komandalardır. Rəsmi oyunlar öncəsi bunu bir imtahan adlandırardım.

- Sizcə, “FIFA Series-2026” turnirindəki qələbədən sonra komandada motivasiya yaranıb?

- Komandada motivasiya yüksəkdir. Qələbələr olduqda əhval-ruhiyyə də yüksək olur. İnşallah, bu, davamlı olar.

- Malta və San-Marino ilə matçlarda komanda qələbə qazana biləcək?

- Çalışacağıq ki, yaxşı nəticə ilə vətənə qayıdaq.

- Çempionat bitdi və qısa müddət sonra milliyə qoşuldunuz. Özünüzdə yorğunluq hiss edirsiniz?

- Ağır bir mövsüm oldu. Maraqlı çempionat keçdi. Yorğunluq az da olsa var, amma bu, bizə mane olmamalıdır. Milli komandada məsuliyyət daha çox olur. İstirahətə yaxşı əhval-ruhiyyədə getmək istəyirik.

İdman.Biz
Məqalədə: