Millimizin növbəti matçlarını hansı hakimlər idarə edəcək?

2 İyun 2026 17:13
86
Millimizin növbəti matçlarını hansı hakimlər idarə edəcək?

Azərbaycan millisinin Malta və San Marino yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hər iki qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Malta ilə matçda baş hakim Mixali Kapraliyə Balaş Buzaş, Bençe Belitsa yardım edəcək. Dördüncü hakim funksiyasını Tamaş Boqnar yerinə yetirəcək.

San Marino ilə görüşü isə Marton Ruş idarə edəcək. Ona Balaş Şert, Balaş Şalai yardımçı olacaqlar. Dördüncü hakim isə Bençe Çsonka olacaq.

Qeyd edək ki, Malta ilə matç iyunun 5-də, San Marino ilə görüş isə iyunun 9-da baş tutacaq. Qarşılaşamalar Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq.

İdman.Biz