Taleh Nəsibov minifutbol üzrə 23-cü Baş Assambleyada iştirak edib - FOTO

2 İyun 2026 17:10
79
Taleh Nəsibov minifutbol üzrə 23-cü Baş Assambleyada iştirak edib - FOTO

Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Bratislavada keçirilən 23-cü Baş Assambleyada iştirak edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, tədbirdə Avropanın müxtəlif ölkələrindən olan üzv assosiasiyaların nümayəndələri iştirak edərək minifutbolun gələcək inkişafı, strateji istiqamətlər və qarşıdakı layihələrlə bağlı fikir mübadiləsi aparıblar. Assambleya çərçivəsində federasiyanın fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi və idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunub.

Federasiyanın rəhbəri Peter Kralik minifutbolun inkişafına verdikləri dəstək və töhfəyə görə bütün üzv assosiasiyalara təşəkkürünü bildirib.

İdman.Biz