İraola “Liverpul”a bir addımlıqda

2 İyun 2026 16:57
70
İraola “Liverpul”a bir addımlıqda

İngiltərənin “Liverpul” futbol komandası Andoni İraolanı yeni baş məşqçi postuna gətirməyə çox yaxındır.

İdman.Biz xəbər verir ki, insayder Fabritsio Romano tərəflər arasında prinsipial razılıq əldə olunduğunu açıqlayıb. Onun məlumatına görə, ispan mütəxəssisin “Liverpul”a keçidi üzrə “Here we go” mərhələsinə çatılıb.

“The Guardian” isə “Liverpul”un İraola ilə danışıqları sürətləndirdiyini, klubun təyinatı Dünya Çempionatı başlamazdan əvvəl yekunlaşdırmaq istədiyini yazıb.

İdman.Biz