Tuxel Bellinqemlə münasibətlərindən danışdı: “Çətin anlarımız olub”

7 Noyabr 2026 00:16
22
Tuxel Bellinqemlə münasibətlərindən danışdı: “Çətin anlarımız olub”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel “Real Madrid”in futbolçusu Cud Bellinqemlə münasibətlərindəki problemlərin geridə qaldığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis ulduz yarımmüdafiəçi ilə münasibətlərində əvvəllər çətin məqamların yaşandığını etiraf etsə də, hazırda aralarında hər şeyin qaydasında olduğunu bildirib.

“Onun məşqçisi olmaqdan zövq alıram. Cud yüksək səviyyəli və komandaya böyük təsir göstərən futbolçudur. Düşünürəm ki, bu münasibət qarşılıqlıdır”, - deyə Tuxel vurğulayıb.

Bu arada, Cudun kiçik qardaşı Cob Bellinqem də ilk dəfə İngiltərənin əsas millisinə dəvət alıb. 21 yaşlı futbolçu Dortmund “Borussiya”sında və İngiltərənin 21 yaşadək futbolçulardan ibarət yığmasında göstərdiyi çıxışdan sonra 25 nəfərlik heyətə daxil edilib.

Bellinqem qardaşları Xorvatiya və İspaniyaya qarşı keçiriləcək UEFA Millətlər Liqasının oyunları üçün eyni heyətdə yer alıblar.

İdman.Biz