Mourinyo 16 yaşlı istedadın transferi üçün şəxsən hərəkətə keçdi

7 Noyabr 2026 01:08
62
Mourinyo 16 yaşlı istedadın transferi üçün şəxsən hərəkətə keçdi

"Real Madrid"in baş məşqçisi Joze Mourinyo "Mançester Yunayted"in 16 yaşlı istedadı Cey-Cey Qabrielin transferi üçün şəxsən hərəkətə keçib.

İdman.Biz İngiltərə mediasına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis gənc futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq onun Madrid klubuna mümkün keçidini müzakirə edib.

"Real Madrid" artıq Qabrielin transferi istiqamətində ciddi irəliləyiş əldə edib. İspaniya nəhəngi "Barselona" və digər Avropa klublarının rəqabətinə baxmayaraq, futbolçunu heyətinə qatmağa yaxındır.

Məlumata görə, Madrid klubu gənc hücumçu ilə qış transfer pəncərəsində mümkün keçidlə bağlı şifahi razılığa gəlib. Bununla belə, "Real Madrid" və "Mançester Yunayted" arasında hələlik rəsmi əlaqə olmayıb. Qabriel hazırda İngiltərə klubunun qeydiyyatındadır.

16 yaşlı futbolçu əsas komandada kifayət qədər şans qazanmamasından narazı qalaraq sentyabrda "Mançester Yunayted"dən ayrılmaq istəyini bildirib. O, hazırda İspaniyada məşqlərini davam etdirir.

11 yaşından "Mançester Yunayted"in sistemində olan Qabriel ötən mövsüm İngiltərə Premyer Liqasının 18 yaşadək futbolçular arasında ən yaxşı oyunçusu seçilib.

İdman.Biz