Azərbaycan Premyer Liqasının qalibi olan “Sabah” klubu UEFA Çempionlar Liqasının hazırlıqlarına iyunun 17-də start verəcək.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, komanda təlim-məşq toplanışının ilk mərhələsini Avstriyada keçəcək.
İki həftəlik hazırlıq çərçivəsində bir neçə yoxlama matçı nəzərdə tutulub. Rəqiblərin adları daha sonra açıqlanacaq.
View this post on Instagram
