“Qəbələ”də daha iki ayrılıq baş verib.
İdman.Biz xəbər verir ki, bu barədə “Qəbələ” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, Rza Cəfərov və Sambu Sissoko ilə icarə müqaviləsinin müddəti başa çatıb və onlar məxsus olduqları klublarına qayıdıblar.
Qeyd edək ki, “Qəbələ” bundan əvvəl müqaviləsinin müddəti başa çatan İbrahim Sanqare və Rüfət Əhmədovla, həmçinin CAR-ın “Stellenboş” klubundan icarəyə götürülmüş Turan Manafovla yollarını ayırıb.
