“Şamaxı” futbol komandasının yeni baş məşqçisinin adı açıqlanıb.
İdman.Biz “Şamaxı” Futbol Klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəhbərliyi ilə aparılan danışıqlardan sonra tərəflər Azər Bağırovun təyinatı ilə bağlı razılıq əldə ediblər. Təcrübəli mütəxəssislə üç illik müqavilə imzalanıb.
Beləliklə, Azər Bağırov qarşıdakı mövsümdən etibarən Premyer Liqa təmsilçisinin sükanı arxasında çalışacaq.
Qeyd edək ki, 40 yaşlı məşqçi son olaraq “Kəpəz” klubuna rəhbərlik edib.
