“Zirə”dən ayrılan Ceyhun Nuriyev karyerasını “Qəbələ”də davam etdirə bilər.
İdman.Biz Futbolpress.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi artıq oyunçuya ilk təklifini edib. “Sumqayıt”ın da diqqət mərkəzində olan yarımmüdafiəçi qərar verməyə tələsmir.
Nuriyev 2024-cü ildən “Zirə”də çıxış edirdi. O, daha əvvəl 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib.
25 yaşlı futbolçu Azərbaycan millisində 13 oyuna çıxıb.
