“Şamaxı” 14-cü futbolçu ilə yollarını ayırıb

1 İyun 2026 21:47
68
“Şamaxı” 14-cü futbolçu ilə yollarını ayırıb

“Şamaxı” futbol komandasının hücumçusu Bilal İsmayılov klubdan ayrılıb.

İdman.Biz xəbər verir ki, futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.

“Şamaxı” futbol klubu Bilal İsmayılova göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

22 yaşlı yarımmüdafiəçi ilə ötən il müqavilə imzalanmışdı.

Bilal 2024/25 mövsümünü 1-ci Liqa təmsilçisi "Cəbrayıl"da keçirmişdi.

Qeyd edək ki, bu, klubun heyətdən göndərdiyi 14-cü futbolçudur. “Şamaxı” daha əvvəl Nihat Mehralıyev, Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Rafael Məhərrəmli, Vladislav Veremeyev və Arsen Ağcabəyovla yollarını ayırıb.

İdman.Biz