“Neftçi”də yarımmüdafiəçi Emin Mahmudov və qapıçı Emil Balayevin gələcək taleyinə aydınlıq gəlib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki futbolçu ilə danışıqlar müsbət yekunlaşıb.
Oyunçularla müqavilənin müddəti uzadılacaq.
Kapitan Emin Mahmudov 2017-ci ildən “Neftçi”də çıxış edir. “Ağ-qaralar”ın yetirməsi olan Emil Balayev isə 2023-cü ilin yayında kluba qayıdıb. O, daha əvvəl 2011-2014-cü illərdə Bakı klubunun şərəfini qoruyub.
Qeyd edək ki, “Neftçi” yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.
