Azərbaycan millisinin üzvü Ozan Can Kökçü karyerasını yenidən Misli Premyer Liqasında davam etdirə bilər.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi hazırda Azərbaycan klublarına təklif olunur.
Bildirilir ki, futbolçunun ölkəmizdə çıxış etməsi üçün agentləri tərəfindən aktiv danışıqlar aparılır. Bununla yanaşı, Ozan Can Kökçü ilə Türkiyə Birinci Liqa təmsilçilərinin də maraqlandığı qeyd edilir.
Xatırladaq ki, son olaraq ”Volendam” formasını geyinən yarımmüdafiəçi yaxın vaxtlarda klubla yollarını ayırdığını açıqlayıb və yeni çağırışlara hazır olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü daha əvvəl ”Sabah” heyətində də çıxış edib.
