Futbol üzrə Azərbaycan millisi Avstriyaya yola düşüb - FOTO

1 İyun 2026 12:36
87
Futbol üzrə Azərbaycan millisi Avstriyaya yola düşüb - FOTO

İyunun 1-dən 10-dək Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq futbol üzrə Azərbaycan milli komandası həmin ölkəyə yola düşüb.

İdman.Biz xəbər verir ki, yığma Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, iyunun 9-da isə San-Marino millisinə qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq hər iki görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İdman.Biz