“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağlayıb

1 İyun 2026 13:28
71
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağlayıb

“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, Slavik Alxasov və Ömər Buludov növbəti mövsümdə də bu komandanın formasını geyinəcək.

Hər iki futbolçu ilə yeni müqavilənin müddəti bir ildir.

Qeyd edək ki, klub daha əvvəl qapıçı Tərlan Əhmədli ilə də yeni müqavilə bağlayıb.

İdman.Biz