“Zirə”nin futbolçusu Enrike Kustodio əməliyyat olunub

1 İyun 2026 12:58
84
“Zirə”nin futbolçusu Enrike Kustodio əməliyyat olunub

“Zirə”nin futbolçusu Enrike Kustodio vətəni Braziliyada ön çarpaz bağ əməliyyatı olunub.

İdman.Biz xəbər verir ki, bu barədə “Zirə” Futbol Klubu məlumat yayıb.

Müdafiəçi 6-8 ay sonra yaşıl meydanlara dönəcək.

Beləliklə, braziliyalı futbolçu yeni mövsümə hazırlığın əhəmiyyətli hissəsini və növbəti futbol ilinin startını buraxacaq.

Kustodio 2025-ci ilin sentyabrında "Zirə"yə transfer olunub. İlkin olaraq onunla 1+1 sxemi üzrə müqavilə imzalanıb, daha sonra klub futbolçu ilə müqaviləni daha bir il uzadıb. Beləliklə, müdafiəçinin müqaviləsi 2026/27 mövsümünün sonunadək qüvvədədir.

2025/26 mövsümündə Enrike Kustodio "Zirə"nin heyətində bütün turnirlərdə 27 oyuna çıxıb. O, Premyer Liqada 22, Azərbaycan Kubokunda isə beş matç keçirib.

İdman.Biz