“Zirə” Eren Aydın ilə bağlı qərarını verib.
İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, qəsəbə təmsilçisi türkiyəli hücumçuyla müqavilə müddətini uzadıb.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun israrla transferini istədiyi 23 yaşlı futbolçu ilə klub rəhbərliyi arasında razılıq əldə olunub.
E.Aydın ilə 3 illik sözləşmə imzalanıb. O, bir neçə klubdan təklif alsa da, “Zirə”də qalmağa üstünlük verib.
“Qalatasaray” yetirməsi olan forvard R.Sadıqovla çalışmaq istədiyi üçün Azərbaycanda qalıb.
Qeyd edək ki, Eren Aydın bu ilin fevralında “Zirə”yə keçib. O, “qartallar”ın heyətində bütün turnirlərdə 15 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
